Son günlər cənubdan ölkə ərazisinə daxil olan isti hava dalğasının təsiri nəticəsində mülayim cənub-şərq küləkləri fonunda ölkə ərazisində yüksək temperatur şəraiti qeydə alınır.
“Den.az” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Xidmət rəisi qeyd edib ki, müşahidə olunan havanın temperaturu iqlim normasından yüksəkdir.
“Aprel ayı ərzində temperatur iqlim normasından 12 dərəcə yuxarı qeydə alınıb. Aylıq maksimal temperatur aprelin 27-də Bakıda və Abşeron yarımadasında 30, bölgələrdə isə 32 dərəcəyə çatıb”.
Xidmət rəisinin sözlərinə görə, aprel ayında yüksək temperatur şəraiti qeydə alınsa da, rekord göstərici yenilənməyib: “Çoxillik məlumatlara əsasən aprel ayının rekord göstəricisi 1998 və 2012-ci illərdə qeydə alınıb, həmin vaxt Bakıda 31.5, bölgələrdə isə 36-38 dərəcə isti olub.
Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin may ayının 2-dək davam edəcəyi və havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 25-30, bəzi bölgələrdə isə 27-32 dərəcə isti olacağı gözlənilir”.
“Temperatur iqlim normasından yüksəkdir”

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.