Venesuelada zəlzələdən zərər çəkmiş bölgələrdə yaşayan sakinlər bir ay ərzində Starlink qlobal peyk rabitə sistemindən pulsuz istifadə edə biləcəklər.
Bu barədə Starlink-in “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Bildirilib ki, təbii fəlakətin təsir etdiyi rayonlarda həm yeni, həm də mövcud müştərilər üçün xidmətə ödənişsiz giriş təmin olunacaq.
Pulsuz istifadə imkanı 25 iyul tarixinədək qüvvədə olacaq.

