Ankarada keçirilən NATO sammiti çərçivəsində müdafiə sənayesi forumunda ümumi dəyəri ən azı 50 milyard dollar olan sazişlər imzalanıb.
Bu barədə “Türkiye” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, müqavilələr hava hücumundan müdafiə sistemlərinin, pilotsuz uçuş aparatlarının alınmasını, eləcə də silahlanma sahəsində birgə layihələrin həyata keçirilməsini əhatə edir.
NATO-nun Baş katibi Mark Rutte bildirib ki, Şimali Atlantika Alyansının 20 ölkəsi “Drone Edge” təşəbbüsündə iştirak edəcək. Bu təşəbbüs çərçivəsində həmin ölkələrin dronların və onlara qarşı mübarizə vasitələrinin istehsalına 40 milyard dollar investisiya yatıracağı qeyd olunub.
Sammitin dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək plenar iclası iyulun 8-nə planlaşdırılıb.

