Çinin cənubundakı Quansi-Çjuan Muxtar Rayonunda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 39 nəfər həlak olub.
Bu barədə Xinhua agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, bölgədə davam edən leysan yağışları çaylarda suyun səviyyəsinin artmasına və genişmiqyaslı daşqınlara səbəb olub. Daşqınlar nəticəsində 39 nəfər ölüb, 9 nəfər isə itkin düşüb.
Bildirilir ki, ölənlərin bir qismi Nannin şəhərindəki Liulan bəndində yaranan çatdan sonra baş verən sel hadisələri ilə bağlı həyatını itirib.

