Vyetnamın mərkəzi bölgəsində leysan yağışların səbəb olduğu güclü daşqınlar nəticəsində həlak olan və itkin düşənlərin sayı 42 nəfərə çatıb.
VietnamNews-un məlumatına görə, vəziyyət, xüsusilə Hüə şəhərində suyun səviyyəsinin yenidən qalxmasından sonra daha da pisləşib. Nəticədə 400-dən çox yerli sakin təxliyə olunub. Bundan başqa, Danang şəhərində çaylar sahillərini aşıb, bu da fəlakətin təsirlərini daha da ağırlaşdırıb.
Vyetnam meteoroloqları bölgədə yağışların davam etməsi və yeni daşqınların baş verməsi riskinə qarşı xəbərdarlıq ediblər.

