İndoneziyada baş verən güclü daşqınlar və torpaq sürüşmələri nəticəsində 631 nəfər həyatla bir araya sığmayan xəsarətlər alaraq həlak olub, daha 472 nəfərin axtarışları davam edir. Bu barədə RIA Novosti İndoneziyanın Təbii Fəlakətlər üzrə Milli Agentliyinə (BNPB) istinadla xəbər yayıb.
Agentlikdən verilən məlumata görə, daha 2600 nəfər yaralanıb. Daşqın və sel suları nəticəsində 3500-dən çox bina ciddi zərər görüb ki, bu da 1 milyon sakinin evlərini tərk etməsinə səbəb olub.
Son bir həftə boyunca Cənub-Şərqi Asiyada şiddətli leysan yağışları və güclü küləklər müşahidə olunur. Bu hava şəraiti İndoneziyanın Şimali Sumatra, Açe və Qərbi Sumatra vilayətlərində genişmiqyaslı daşqınlar və torpaq sürüşmələrinə gətirib çıxarıb.

