ABŞ rəhbərliyi İrandan Hörmüz boğazını açmağı və kommersiya gəmilərinin atəşə tutulmasını dayandırmağı tələb edir.
Bu barədə “Axios”un jurnalisti Barak Ravid “X” sosial şəbəkəsində məlumat yayıb.
“Tramp administrasiyası İrandan şənbə günü ictimai bəyanatla çıxış edərək Hörmüz boğazının açıq olduğunu təsdiqləməyi və kommersiya gəmilərinin atəşə tutulmasını dayandırmağı öhdəsinə götürməyi tələb edir”, — deyə jurnalist bildirib.

