ABŞ administrasiyası İrandan Hörmüz boğazının açıq qaldığını ictimai şəkildə təsdiqləməyi tələb edib.
Bu barədə “Axios”un jurnalisti Barak Ravid amerikalı rəsmilərə istinadən məlumat yayıb. Onun sözlərinə görə, Vaşinqton həmçinin Tehrandan kommersiya gəmilərinin atəşə tutulmasının dayandırıldığını elan etməsini gözləyir.
Ravidin məlumatına əsasən, ABŞ tərəfi müvafiq bəyanatın şənbə günü ərzində verilməsini tələb edir. Bildirilir ki, bu şərtlər rəsmi kanallar vasitəsilə İrana çatdırılıb.
“Reuters” isə amerikalı rəsmiyə istinadən yazır ki, Vaşinqton irəli sürülən tələblər yerinə yetirilməyəcəyi təqdirdə Tehranı ciddi nəticələrlə üzləşəcəyi barədə xəbərdar edib.
Agentliyin mənbəsi bildirib ki, tələb icra olunmasa, vəziyyət İran üçün əlverişsiz sonluqla nəticələnə bilər.

