ABŞ prezidenti Donald Tramp bildirib ki, gələcəkdə Hörmüz boğazında təhlükəsiz gəmiçilik ABŞ tərəfindən deyil, bu marşrutdan istifadə edən ölkələr tərəfindən təmin olunmalıdır.
Bu barədə o, Truth Social sosial şəbəkəsində yazıb.
“Hörmüz boğazını onu istifadə edən ölkələr qorumalıdır. Bu, ABŞ deyil”, – deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, Vaşinqton yalnız həmin ölkələrdən rəsmi müraciət daxil olarsa dəstək verə bilər, lakin bu ehtiyacın yaranması ehtimalı azdır.
Tramp əlavə edib ki, ABŞ İran təhlükəsini aradan qaldırdıqdan sonra belə bir zərurət qalmayacaq.
Eyni zamanda, o vurğulayıb ki, ABŞ İrana qarşı hərbi əməliyyatın bütün məqsədlərinə nail olmağa yaxınlaşır.

