ABŞ Prezidenti Donald Tramp Cənubi Karolina ştatından senator Lindsi Qremin vəfatı ilə əlaqədar ölkədə matəm elan edib.
Tramp sosial şəbəkədə yayımladığı açıqlamada mərhum siyasətçinin xatirəsinə hörmət əlaməti olaraq ABŞ ərazisindəki bütün dövlət bayraqlarının şənbə günü saat 18:00-dək yarıya endirilməsi barədə göstəriş verdiyini bildirib.
“Əziz dostum, həqiqətən böyük insan olan və ölkəmiz, eləcə də sevimli doğma ştatı Cənubi Karolina üçün çox iş görən senator Lindsi Qremin möhtəşəm həyatı və nailiyyətləri şərəfinə ABŞ ərazisindəki bütün Amerika bayraqlarının şənbə günü saat 18:00-dək yarıya endirilməsini əmr edirəm”, — deyə Tramp yazıb.
Bundan əvvəl Qremin rəsmi hesabında yayımlanan açıqlamada Respublikaçılar Partiyasından olan senatorun 71 yaşında vəfat etdiyi bildirilib. Mərhumun yaxınları matəm prosesinin şəxsi xarakter daşımasını xahiş ediblər.
Tramp həmçinin Qremlə ölümündən bir neçə saat əvvəl danışdığını açıqlayıb. Onun sözlərinə görə, siyasətçilər seçkilərin keçirilməsi qaydalarına yenidən baxılmasını nəzərdə tutan qanun layihəsini müzakirə ediblər.
Telefon danışığı iyulun 11-i, şənbə axşamı baş tutub.

