“Axios” nəşri amerikalı senator Lindsi Qremin həyatının son saatları barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, senator şənbə axşamı ABŞ Prezidenti Donald Trampla telefonla danışıb. Söhbət zamanı o, Ukraynaya səfəri barədə məlumat verib və Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini müzakirə edib.
Telefon danışığından bir müddət sonra Qrem özünü pis hiss etdiyini bildirib. Buna baxmayaraq, tibbi yardım üçün yalnız səhər — NBC telekanalında əvvəlcədən planlaşdırılan efirdən sonra müraciət etmək qərarına gəlib.
Senator vəziyyətinə zarafatla münasibət göstərərək belə deyib:
“Mən indi ölə bilmərəm. Hələ Rusiyaya qarşı sanksiyalar tətbiq etməli, İranla bağlı vəziyyəti həll etməli və İsrail–Səudiyyə Ərəbistanı münasibətlərini normallaşdırmalıyam.”
Məlumata görə, bir neçə saat sonra senator vəfat edib.

