Tehran Hörmüz boğazı üzərində nəzarətdən heç vaxt imtina etməyəcək.
Bunu İranın xarici işlər naziri Abbas Araqçi X sosial şəbəkəsində yazıb.
“İran həmişə boğazın qoruyucusu olub və əbədi olaraq belə qalacaq”, - deyə Araqçi bildirib.
İranlı nazir bu sözləri ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasını öz üzərinə götürəcəyi barədə açıqlamasına cavab olaraq deyib.
Araqçi Trampın bu xidmətlərə görə hər gəminin daşıdığı yükün dəyərinin 20 faizi həcmində ödəniş alınması planına da zarafatla reaksiya verib.
“ABŞ Prezidenti boğazdan təhlükəsiz keçid üçün ödəniş edilməli olduğunu deyəndə haqlıdır. Amma 20 faiz, əlbəttə, çoxdur. Biz daha ədalətli qiymət müəyyən edəcəyik”, - deyə İran XİN rəhbəri yazıb.

