İranın xarici işlər naziri Abbas Araqçi sosial şəbəkədəki səhifəsində bildirib ki, İran və onun rəqibləri arasında atəşkəs əldə olunduqdan sonra iki həftə ərzində Hörmüz boğazından keçid təhlükəsiz olacaq. O vurğulayıb ki, bu proses ölkənin silahlı qüvvələri ilə koordinasiya şəraitində həyata keçiriləcək.
“Hörmüz boğazından təhlükəsiz keçid iki həftə ərzində İranın silahlı qüvvələri ilə koordinasiya və mövcud texniki məhdudiyyətlər nəzərə alınmaqla mümkün olacaq <...>. Əgər İrana hücumlar dayandırılsa, İslam Respublikasının silahlı qüvvələri də müdafiə xarakterli hücumları dayandıracaq”, — deyə Abbas Araqçi bildirib.

