İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, ABŞ hərbçilərinin region ölkələrində mövcudluğu həmin dövlətləri təhlükə altına qoyur və qonşu ölkələri onları öz ərazilərindən çıxarmağa çağırıb.
O, bu barədə X sosial şəbəkəsində yazıb.
“İran qardaş qonşu ölkələri xarici təcavüzkarları öz ərazilərindən çıxarmağa çağırır, xüsusilə də nəzərə alsaq ki, bu qüvvələr yalnız İsrailin maraqlarını nəzərə alır”, — deyə Abbas Araqçi bildirib.
Nazirin sözlərinə görə, “ABŞ-ın təhlükəsizlik çətiri deşiklərlə doludur” və amerikalı hərbçilərin mövcudluğu ölkələr üçün əlavə risklər yaradır.
Araqçi həmçinin iddia edib ki, ABŞ hazırda digər ölkələrdən, o cümlədən Çindən Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasına kömək istəyir.
O, bir daha qeyd edib ki, Hörmüz boğazı tam bağlanmayıb, yalnız İranın düşmənləri ilə əlaqəli gəmilər üçün məhdudlaşdırılıb.

