ABŞ İordaniya və İraqda amerikalı hərbçilərin həlak olmasından sonra İranla genişmiqyaslı müharibəyə yaxınlaşıb.
Bu barədə Ağ Evdə aparılan müzakirələrlə tanış mənbələrə istinadən The Washington Post məlumat yayıb.
Nəşrin mənbəsinə görə, ABŞ daha genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır. Bu çərçivədə Pentaqon bölgədəki hərbi təyyarələrin sayını artırır.
Bununla belə, ABŞ əməliyyatlarının genişləndirilməsi hava hücumundan müdafiə vasitələri və uzaqmənzilli sursat ehtiyatlarının azalması səbəbindən çətinləşə bilər.
Məqalədə əlavə qüvvə və aviasiyanın bölgəyə göndərilməsi imkanlarının da məhdud olduğu bildirilir. Buna səbəb kimi döyüşlər zamanı texnikaya dəyən ziyan göstərilib.

