Pentaqon İranda bir neçə həftə davam edə biləcək quru əməliyyatı variantını nəzərdən keçirir. Bu barədə Washington Post məlumat yayıb.
Bildirilib ki, söhbət genişmiqyaslı işğaldan deyil, daha çox məhdud xarakterli əməliyyatlardan gedir.
Mənbələrin sözlərinə görə, plan xüsusi təyinatlı qüvvələrin və piyada bölmələrinin iştirakı ilə bir sıra reydləri əhatə edə bilər.
Lakin hələlik məlum deyil ki, ABŞ Prezidenti Donald Tramp bu variantları təsdiqləyəcək, yoxsa yox.

