ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə amerikalı hərbçilərin həlak olacağı təqdirdə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpa olunmasını mümkün sayır.
Bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp Ağ Evdə köməkçiləri ilə qapalı söhbətlər zamanı bildirib ki, Vaşinqton atəşkəs rejimindən imtina edə bilər.
Qeyd olunur ki, bu mövqe ABŞ administrasiyasının bölgədə daha böyük münaqişədən qaçmaq üçün ayrı-ayrı insidentlərə və lokal toqquşmalara müəyyən dərəcədə dözməyə hazır olduğunu göstərir.
Bununla belə, mənbələr bildirirlər ki, amerikalı hərbçilərin ölümü Vaşinqtonun hazırkı vəziyyətə yanaşmasını dəyişə bilər.

