Hörmüz boğazı ABŞ Prezidenti Donald Trampın təhdidlərinə baxmayaraq, İranın nəzarətində olub və belə də qalacaq.
Bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.
“Hörmüz boğazı İranındır, İranın olub və İranın da olacaq. Gəmilərin boğazdan keçib-keçməyəcəyinə İran qərar verir”, – deyə o, şənbə günü sosial şəbəkələrdə yazıb.
Qəribabadi Trampın açıqlamalarına münasibət bildirərkən vurğulayıb ki, “sosial şəbəkədə paylaşım etməklə, təyyarədaşıyan gəmi göndərməklə, əmr verməklə və ya seçkiqabağı çıxış etməklə Hörmüzü ələ keçirmək mümkün deyil”.

