Ağ Evin mətbuat katibi Kerolayn Livitt avqustun sonunda vəzifəsindən ayrılacaq.
ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində məlumat verib.
“Ağ Evin möhtəşəm mətbuat katibi və ən etibarlı köməkçilərimdən biri olan Kerolayn Livitt ayın sonunda vəzifəsindən ayrılacaq. Beləliklə, o, sevimli kiçik uşaqları və ailəsi ilə daha çox vaxt keçirə biləcək. Bu qərarı tamamilə anlayır və hörmətlə qarşılayıram”, – Tramp bildirib.
ABŞ prezidenti Livittə fəaliyyətinə görə təşəkkür edib, onu “Ağ Evdə əsl lider” və “Ağ Evin ən yaxşı mətbuat katiblərindən biri” adlandırıb.
Trampın sözlərinə görə, Livitt administrasiyadakı vəzifəsindən ayrılsa da, onunla əməkdaşlığı davam etdirəcək.
“Kerolayn bundan sonra mənim əsas xarici müşavirlərimdən biri və Respublikaçılar Partiyasında nüfuzlu səs olacaq”, – ABŞ prezidenti əlavə edib.




