ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner sentyabrın 5–6-da Moskva və Kiyevə səfər etməyi planlaşdırırlar.
TASS-ın mənbəyə istinadən yaydığı məlumata görə, ABŞ nümayəndə heyətinin əvvəlcə sentyabrın 5-də Moskvaya, daha sonra isə sentyabrın 6-da Kiyevə getməsi gözlənilir. Ukraynalı deputat Aleksey Qonçarenko da Uitkoff və Kuşnerin bazar günü Kiyevə gələ biləcəyini bildirib.
Lakin “Kyiv Independent” mənbəsinə istinadən yazır ki, səfər planları dəyişə bilər. Mənbənin sözlərinə görə, Uitkoff Kiyevə səfərlə bağlı təhlükəsizlik narahatlığı keçirməyə başlayıb. Bildirilir ki, Rusiya tərəfi amerikalı nümayəndələrin Kiyevə getməsini istəmir və onlara bunun təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edir.
Bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ Prezidentinin nümayəndələrinin “yaxın günlərdə” Ukraynaya səfər edəcəyinə ümid etdiyini bildirib. Reuters-in məlumatına görə, səfərlər baş tutarsa, bu, sülh danışıqlarını yenidən canlandırmaq cəhdlərinin bir hissəsi olacaq.
Denmedia.az

