The Times yazır ki, ABŞ prezidenti Donald Trampın ən yaxın çevrəsindən olan iki fiqur — xüsusi elçi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner — Ukrayna üzrə sülh danışıqlarında başlıca vasitəçilərə çevriliblər. Nəticədə, ABŞ dövlət katibi Marko Rubio prosesdən faktiki olaraq kənara sıxışdırılıb.
Nəşrin iddiasına görə, Vaşinqtonda Rubio daha çox Kiyevə meyilli mövqedə olan diplomat kimi qiymətləndirilir. The Times yazır ki, məhz Rubio Mayami-də Uitkoff, Kuşner və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev tərəfindən razılaşdırılmış 28 bəndlik ilkin planın təkmilləşdirilməsində iştirak edib.
Britaniyalı jurnalistlər yekun olaraq qeyd edir:
“Trampın kürəkəni və Ağ Evin xüsusi nümayəndəsi, Ukrayna müharibəsinin demək olar ki, dörd ilindən sonra, ABŞ-ın Rusiya ilə aparılan əsas danışıqlarında baş rol oynamağa başlayıb və dövlət katibi Marko Rubioni ikinci plana sıxışdırıblar.”

