Ukrayna prezidenti Volodimir Zelensky ABŞ lideri Donald Trumpa Kiyevə səfər etməyi təklif edib.
Bu barədə “Novosti.Live” nəşri məlumat yayıb.
Zelenskinin sözlərinə görə, ABŞ prezidentinə məxsus Air Force One təyyarəsinin Kiyevə enməsi atəşkəs üçün açıq siqnal ola bilər. O, Ağ Ev rəhbərinin Polşada dayanmayacağına və birbaşa hava reysi ilə Ukraynaya gələcəyinə ümid etdiyini bildirib.
“Bu, bizim üçün də çox faydalıdır. Çünki əgər Tramp — ABŞ prezidenti — Ukraynaya uçarsa və arzu edərdik ki, əvvəl Polşaya gedib sonra qatarla yox, birbaşa Ukraynaya gəlsin, bu o demək olacaq ki, biz doğrudan da atəşkəsə ümid edə bilərik”, — deyə Zelenski bildirib.

