Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinə 5 sentyabr saat 00:00-dan 8 sentyabr saat 23:59-dək döyüş təmas xəttində sükut rejiminə riayət etmək barədə göstəriş verilib.
Bu barədə “Ukrainska Pravda” müxtəlif istiqamətlərdə fəaliyyət göstərən bir neçə briqadadakı mənbələrə və təhlükəsizlik blokunun yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb. Məlumat başqa Ukrayna nəşrlərində də əksini tapıb.
Nəşrin mənbələrinin sözlərinə görə, göstərilən müddət ərzində Ukrayna bölmələrinə atəşin dayandırılması tapşırılıb.
Qərar ABŞ Prezidenti Donald Trampın nümayəndələrinin iştirakı ilə mümkün danışıqlara hazırlıq fonunda verilib. Stiv Vitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfər edərək müharibənin mümkün dayandırılmasını müzakirə etmələri planlaşdırılır. Bununla belə, səfərlə bağlı təhlükəsizlik məsələlərinin hələ də müzakirə olunduğu bildirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ nümayəndələrinin səfəri zamanı hava zərbələrinin müvəqqəti dayandırılmasına hazır olduqlarını bildirib və Rusiyadan da eyni addımı gözlədiyini qeyd edib.
Denmedia.az

