İranın ABŞ sanksiyalarının yumşaldılması müqabilində uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığı bildirilir.
Bu barədə Al Hadath telekanalı məlumat yayıb.
Məlumata görə, bu barədə İran–ABŞ danışıqları ilə əlaqəli Pakistandakı mənbələr məlumat verib. Vasitəçilərin tərəflər arasında mümkün razılaşmanın əldə olunmasına kömək etdiyi qeyd olunur.
Bununla belə, İran rəsmiləri hələlik bu məlumatı şərh etməyiblər və razılaşma rəsmi şəkildə təsdiqlənməyib.
Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp sentyabrın 29-da nüvə məsələsində güzəştlər müqabilində İrana sanksiyaların yumşaldılmasını təklif etdiyi barədə xəbərləri təkzib edib. Buna görə də tərəflər arasında razılaşmanın şərtləri ilə bağlı məlumatlar hazırda ziddiyyətlidir.

