Yəmənin Ədən şəhərində yerləşən Əl-Maəşiq Prezident Sarayına husilərin hücumu nəticəsində ölən və yaralananların sayı artıb.
“Əl-Cəzirə” telekanalı Yəmənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
“Husilərin Əl-Maəşiq Prezident Sarayına hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, Ədən şəhərində yerləşən Əl-Maəşiq sarayında Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti fəaliyyət göstərir.

