Səudiyyə Ərəbistanının Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə yerləşən Yəmənin Hudeyda əyalətində husilərin obyektlərinə zərbələr endirib, Al Jazeera telekanalı xəbər verir.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin nümayəndəsi silah anbarlarının, o cümlədən dəniz minalarının və husilərin kater bazasının məhv edildiyini bildirib.
Bu arada husilərlə əlaqəli media qurumları Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki Kamaran adasına və Hudeyda əyalətində yerləşən Əs-Salif limanı ərazisinə hava zərbələri endirdiyini xəbər veriblər.

