Yəmənin müvəqqəti paytaxtı Ədən şəhərində yerləşən Əl-Maəşiq Prezident Sarayı husilərin raket hücumuna məruz qalıb. Nəticədə Baş naziri müşayiət edən iki nəfər həyatını itirib.
Bu barədə Yəmənin İnformasiya Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücum zamanı ölkənin Baş naziri Şaya əz-Zindani və hökumət üzvləri xəsarət almayıblar.
“Baş nazir Şaya əz-Zindani və hökumət üzvləri müvəqqəti paytaxt Ədəndə yerləşən Əl-Maəşiq sarayının husilər tərəfindən bir neçə raketlə atəşə tutulmasından sonra təhlükəsiz vəziyyətdədirlər”, – deyə nazirliyin “X” sosial şəbəkəsində yayımlanan açıqlamasında qeyd olunub.
Nazirliyin ilkin məlumatına görə, hücum nəticəsində Baş naziri müşayiət edən iki nəfər həlak olub.

