Bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 35 il ötür.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edərək ölkənin dövlət müstəqilliyini bərpa edib.
Sənəddə müasir Azərbaycan Respublikasının 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu təsbit edilib.
1991-ci il dekabrın 29-da keçirilən ümumxalq referendumunda Azərbaycan vətəndaşları dövlət müstəqilliyinə dəstək veriblər.
2021-ci ilin oktyabrında qəbul edilən qanuna əsasən, 18 oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günü, 28 may isə Müstəqillik Günü kimi qeyd olunur.
Bu gün Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan hadisənin 35-ci ildönümüdür.

