Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Kiyevi kapitulyasiyaya sövq edə biləcəyini iddia edib.
Bu barədə o, Bloomberg agentliyinə müsahibəsində danışıb.
Zelenski Ağ Evin bəzi addımlarının Ukraynanı təslim olmağa məcbur etmək məqsədi daşıya biləcəyini istisna etməyib. Bununla belə, ABŞ-dəki tərəfdaşlarının məhz bu məqsədi güddüyünü qəti şəkildə söyləməyib.
Ukrayna lideri ABŞ-də keçiriləcək aralıq seçkilərindən sonra Kiyev üçün vəziyyətin yaxşılaşacağına ümid etdiyini bildirib.
“Düşünürəm ki, hazırda bu, əzabdır. Amma seçkilərdən sonra həyat davam edəcək”, – deyə Zelenski vurğulayıb.

