Cəbhə xətti boyunca döyüş əməliyyatlarının hazırkı mövqelər üzrə dondurulması Ukrayna tərəfindən “çox böyük güzəşt” olardı. Bu fikri Volodimir Zelenski Fransanın France 2 telekanalına müsahibəsində səsləndirib.
Zelenski, eyni zamanda, münaqişənin 2027-ci ilin əvvəlindən əvvəl başa çata biləcəyini də istisna etməyib.
“Əgər dondurulmuş münaqişədən danışırıqsa, mən bunu heç vaxt istəməmişəm. Amma cəbhə xəttini dondurub mövqeləri saxlamalı olsaq, bu artıq bizim tərəfdən çox böyük güzəşt olar”, — deyə Zelenski bildirib.
Bununla yanaşı, Ukrayna lideri vurğulayıb ki, məğlubiyyət halında ölkə müstəqilliyini itirə bilər.

