Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin qarşıdakı dövrdə üzləşəcəyi iki əsas problemi açıqlayıb.
Zelenski Kiyevdə ABŞ və Avropa nümayəndələri ilə keçirilən danışıqlardan sonra təşkil olunan mətbuat konfransında bildirib ki, Ukrayna üçün əsas sınaqlar qarşıdan gələn qış və büdcə vəsaitlərinin çatışmazlığıdır.
Onun sözlərinə görə, hazırda ölkənin müdafiə sənayesinin, ordunun və humanitar ehtiyacların maliyyələşdirilməsi üçün ciddi vəsait çatışmazlığı var.
Zelenski ABŞ-dan yeni yardım paketinin alınacağına ümid etdiyini də bildirib. Ukrayna liderinin sözlərinə görə, müharibə qış aylarında da davam edərsə, Kiyevin əlavə hərbi dəstəyə ehtiyacı olacaq. O, mövcud vəziyyətin döyüşlərin qışda da davam edə biləcəyini göstərdiyini qeyd edib.
Bundan başqa, Kiyev qışa hazırlıq çərçivəsində tərəfdaşlarından hava hücumundan müdafiə və enerji sahələrində dəstəyin gücləndirilməsini gözləyir.
Denmedia.az

