Serbiyanın sabiq Prezidenti Aleksandar Vuçiç ölkəsində keçirilən növbədənkənar parlament seçkilərində rəhbərlik etdiyi “Birləşmiş Serbiya” koalisiyasının məğlubiyyətində ABŞ və Avropa ölkələrini ittiham edib.
Vuçiç siyasi qüvvəsinin qərargahında çıxışı zamanı seçkilərin nəticələrinə xarici müdaxilənin təsir göstərdiyini iddia edib.
“Bu, müxtəlif Avropa ölkələrinin və ABŞ-də Trampa qarşı olan ‘dərin dövlət’in birbaşa dəstəyi ilə təşkil edilmiş ‘inqilabın’ təsdiqi idi”, – deyə o bildirib.
Sabiq prezidentin sözlərinə görə, Serbiyadakı siyasi proseslərin arxasında xarici qüvvələr dayanır.
Qeyd edək ki, oktyabrın 25-də keçirilən növbədənkənar parlament seçkilərində Vuçiçin rəhbərlik etdiyi koalisiya tələbələrin dəstəklədiyi müxalifət qarşısında məğlubiyyətini qəbul edib.

