Serbiya Prezidenti Aleksandar Vuçiç dövlət başçısı vəzifəsindən istefa verib. O, bununla bağlı müvafiq ərizəni imzalayıb.
Vuçiç daha əvvəl ABŞ-dan qayıtdıqdan sonra istefa verəcəyini açıqlamışdı. Onun sözlərinə görə, Serbiya qanunvericiliyi seçki kampaniyası başlamazdan əvvəl prezident vəzifəsindən getməsini tələb etmir, lakin istefa vermək onun şəxsi qərarıdır.
Vuçiç prezident postundan ayrıldıqdan sonra növbədənkənar parlament seçkilərinin kampaniyasında iştirak etməyi və hakim Serbiya Tərəqqi Partiyasının baş nazirliyə namizədi kimi seçkilərə qatılmağı planlaşdırır.

