Braziliyada prezident seçkilərinin ikinci turunda məğlub olan müxalifət namizədi Flaviu Bolsonaro seçkinin nəticələrini tanımaqdan imtina edib.
Bu barədə Braziliya mətbuatı məlumat yayıb.
“Bu seçkinin nəticələrini tanımaq mümkün deyil”, – deyə Bolsonaro bildirib.
Onun sözlərinə görə, məhkəmə hakimiyyətinin səsvermə müddətini iki saat uzatmaq qərarı seçki prosesində pozuntulara səbəb olub.
Bolsonaro bu səbəbdən ikinci turun nəticələrinin ləğvini və səsvermənin yenidən keçirilməsini tələb edir.
Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda Braziliyanın hazırkı dövlət başçısı Luis İnasio Lula da Silva qalib gəlib.

