Braziliyanın hazırkı Prezidenti Luis İnasio Lula da Silva prezident seçkilərinin ikinci turunda qalib gələrək yenidən dövlət başçısı seçilib.
Ölkənin Ali Seçki Məhkəməsinin məlumatına görə, səslərin hesablanması zamanı protokolların 97,69 faizi emal edildikdən sonra nəticənin artıq dəyişməyəcəyi müəyyənləşib.
Həmin mərhələdə solçu İşçi Partiyasını təmsil edən Lula da Silva 51,74 faiz, onun rəqibi, sağçı müxalifətin namizədi, senator Flaviu Bolsonaro isə 48,26 faiz səs toplayıb.
Bununla da Lula da Silva növbəti müddətə Braziliya Prezidenti seçilib.

