12 
apr
2024
19:44
36
Yuxarı
Neftçalada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub-FOTO
12 apr, 2024
19:44
36
Neftçalada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub-FOTO
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Den.az-a verilən məlumata görə, ondan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkarlanıb.
Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Çox oxunanlar