Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində Maştağada yaşadığı evin zirzəmisində narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan qəsəbə sakini Zaur Quliyev saxlanılıb.
Bu barədə "Den.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, evə baxış zamanı Zaur Quliyevin kultivasiya etdiyi çəkisi 11 kiloqram olan 96 ədəd çətənə kolu aşkar olunub.
Araşdırma zamanı saxlanılan şəxsin çətənə bitkilərini yetişdirmək üçün zirzəmidə xüsusi havalandırma, işıqlandırma sistemi yaratdığı və oranı ultrabənövşəyi şüalarla təmin etdiyi məlum olub. Ətrafda şübhə oyatmamaq üçünsə o, həmin zirzəmiyə girişi evin çöl hissəsindən yox, mənzildəki otaqların birindən açıb.
Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib.
"Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.
Maştağada narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.