Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 7 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Den.az-a verilən məlumata görə, həmin şəxslərdən 8 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə - heroin, tiryək, metamfetamin və marixuana götürülüb.
Bundan əlavə, rayon ərazisində aksiz markasız tütün məmulatlarının satışı ilə məşğul olan iki nəfər də müəyyən edilib.
Həmçinin, qeyd edilən müddət ərzində aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 1-i yivli olmaqla 14 odlu silah aşkar olunub.Faktlarla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.
DİN Neftçalada əməliyyat keçirdi: 7 nəfər saxlanıldı - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.