Bakıda tələbə yoldaşını bıçaqlayan yeniyetmənin məhkəmə prosesi başa çatıb.
"Den.az" “Qafqazinfo”-a istinadən xəbər verir ki, işə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmünə əsasən, Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin 1-ci kurs tələbəsi, 2008-ci il təvəllüdlü Namiq Quliyev (ad-soyad şərtidir) 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.
Cinayətə isə elektron qəlyan üstündə düşən mübahisə səbəb olub. Belə ki, Namiq Quliyev dərs zamanı çəkməsi üçün elektron qəlyanı qrup yoldaşı Bağır Məmmədova (ad-soyad şərtidir) verib. Bağır isə dərsdən sonra qəlyanı qaytarmayıb. Bu isə yeniyetmələrin mübahisəsinə, sonda Bağırın üç bıçaq zərbəsi almasına səbəb olub.
Bağır Məmmədov məhkəmədə qrup yoldaşını bağışlamayıb, ona cəza verilməsini xahiş edib. “Elektron qəlyanı sahibinə niyə qaytarmadın?” sualına isə “yadımdan çıxdı” cavabını verib.
Bakıda yeniyetmə elektron qəlyana görə 90 ay həbsdə qalacaq

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.