Yol kənarında dayanaraq, taksi gözləyən xanıma qarşı qeyri-etik hərəkətlər edən "Toyota Prius" sürücüsünün kimliyi müəyyən olunub.
Bununla bağlı Den.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məlumat verib.
O qeyd edib ki, görüntülərdəki sürücü 1988-ci il təvəllüdlü T.Yusifov müəyyən edilərək ərazi üzrə Polis Şöbəsinə aparılıb.
"Barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb".
Qeyd edək ki, ötən gün yol kənarında dayanaraq, taksi gözləyən xanıma qarşı qeyri-etik hərəkətlər edən sürücü ilə bağlı sosial şəbəkədə videogörüntü paylaşılmışdı.
Taksi gözləyən xanıma qarşı qeyri-etik hərəkətlər edən sürücü barəsində tədbir görüldü-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.