Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının rayon polis idarəsinə müraciəti əsasında sosial şəbəkələrdə onları təhqir edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Den.az"-a bildirib ki, əvvəllər məhkum olunmuş, 1954-cü il təvəllüdlü, “Qayğı-1” kiçik müəssisəsinin direktoru Əskərov Fəxrəddin Sultan oğlu sosial şəbəkələrdə qeyri-etik görüntülər yaymaqla vəzifəli şəxsləri qanunsuz tikinti cəhdinin qarşısını aldıqlarına görə təhqir edib.
Polis əməkdaşları tərəfindən saxlanılan F.Əskərov barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Qeyd edək ki, F.Əskərov sosial şəbəkədə özünün çılpaq videosunu yayaraq orada qeyri-etik ifadələrlə işçilərini təhqir və təhdid edib.
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.