Dünən saat 09:10 radələrində metronun “İnşaatçılar” stansiyasında gənc xanıma qarşı əxlaqsız hərəkətlər etmiş şəxs həbs edilib.
Den.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, hadisə “Dərnəgül” - “Həzi Aslanov” xətti üzrə hərəkət edən qatarda baş verib.
Metronun “28 May” stansiyasında qatardan enən qadın dərhal səs-küy salaraq vaqonda olan şəxsin ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirib. Bakı Metropolitenində Polis şöbəsinə dəvət edilən şəxsin Quba rayon sakini 1995-ci il təvəllüdlü S.Babayev olması müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək Nəsimi rayon Məhkəməsinə göndərilib.
Həmçinin zərərçəkmiş qadın da məhkəməyə gedərək ifadə verib. O, 30 yaşlı kişinin qatarda bir neçə dəfə əli ilə bədəninə qəsdən toxunaraq əxlaqsız hərəkətlər etdiyini və onun cəzalandırılmasını tələb edib. S.Babayev isə törətdiyi əməli etiraf edərək peşman olduğunu deyib.
Məhkəmənin qərarı ilə S.Babayevə 10 sutka inzibati həbs cəzası verilib. O, saxlanılacağı müəssisəyə gön
Metroda qadına qarşı əxlaqsız hərəkətlər etdi - Həbs olundu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.