Ötən ilin 31 dekabrında Tovuzda baş verən yol qəzasında xəsarət alan qardaşlardan biri vəfat edib.
Den.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 16 yaşlı E. Tağıyev Bakıda müalicə aldığı xəstəxanada ölüb.
Qeyd edək ki, rayonun Əlimərdanlı kəndində magistral yolda hərəkət edən “BMW” və “VAZ-2107” markalı avtomobillər toqquşub.
Zərbənin təsirindən aşan “BMW” yolun kənarında dayanan 69 yaşlı Həmid Tağıyevi vurub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Qəzada 1965-ci il təvəllüdlü V. Yusifov və üç gənc - Tağıyev qardaşları müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilmişdi.
Yeni il gecəsi Tovuzdakı qəzada xəsarət alan qardaşlardan biri vəfat etdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.