Abşeron rayonu ərazisində bədbəxt hadisə nəticəsində ağır xəsarət alan qadın vəfat edib.
“Den.az” xəbər verir ki, martın 30-da saat 12:30 radələrində Masazırdakı “Yeni Bakı” yaşayış kompleksində 1988-ci il təvəllüdlü P.Çarullayev “Ford Tranzit” markalı avtomobili arxaya doğru hərəkət etdirərəkən 1934-cü il təvəllüdlü Hüseynova Zərxara Abbas qızını vurub.
Maşının altına yıxılaraq xəsarət alan qadın “Kliniki Tibbi Mərkəz”ə yerləşdirilib. Tibbi yardıma baxmayaraq, o, aprelin 3-də xəstəxanada vəfat edib.
Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, istintaq aparılır.
“Yeni Bakı”da maşının altında qalan 90 yaşlı qadın öldü

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.