Bərdədə baş verən qəzada ölənlərin adları məlum olub.
Den.az xəbər verir ki, qəza zamanı Bərdə rayonunun Seyidyusifli kənd sakinləri - 1986-cı il təvəllüdlü Qasımov Eldeniz Ələkbər oğlu və 1985-ci il təvəllüdlü Qocayev Anar Rafiq oğlu aldıqları xəsarətlərdən ölüblər.
***
21.24
Bərdədə baş verən qəzada xəsarət alanların adları məlum olub.
Den.az xəbər verir ki, qəza zamanı 2003-cü il təvəllüdlü Abbasov Ömər Vüqar oğlu, 1996-cı il təvəllüdlü Əliyev Səxavət Novruz oğlu, 2003-cü il təvəllüdlü Allahverdiyev Elşən Arif oğlu və 1991-cı il təvəllüdlü Qasımov Elçin Nasif oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, onların müayinələri Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri orta ağırdır.
***
20.44
Bərdədə ağır yol qəzası baş verib.
Den.az xəbər verir ki, hadisə rayonun Həsənqaya kəndində qeydə alınıb. "Mercedes Benz" markalı minik avtomobili ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub. Nəticədə "VAZ-2107" marakl avtomobildə olan iki nəfər aldıqları ağır xəsarətlərdən ölüb. Daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
Bərdədə qəza: 2 ÖLÜ, 4 YARALI-YENİLƏNİB

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.