Xəbər verdiyimiz kimi Qubada ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Den.az hadisə zamanı faciəvi şəkildə ölən Taleh Rüstəmovun fotosunu əldə edib.
Qəza zamanı ölən oğlan bağçılıqla məşğul olurmuş. Bazarlarda meyvə satışı həyata keçirirmiş. Evlənmək üçün pul toplayırmış. Özündən başqa bir bacısı var.
Qeyd edək ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü Quba rayonu Bağbanlı kənd sakini Rüstəmov Taleh Malik oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Den.az həmin gəncin fotosunu təqdim edir:Nüşabə Baxşıyeva
Den.az
Qubada faciəvi şəkildə ölən oğlanın FOTOSU

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.