Qubada ölüm ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
"Den.az"-ın şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü Quba rayonu Bağbanlı kənd sakini Rüstəmov Taleh Malik oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Nüşabə Baxşəliyeva