Qubada ölümlə nəticələnən yol qəzası olub.
Den.az-ın məlumatına görə, hadisə Susay kəndi ərazisində baş verib.
Ədilov Bayaz Sabir oğlunun “VAZ-21010” markalı avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sərnişin Ədilov Nahid Bayaz oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məmmədov Qadir Əmrağa oğlu, Daşdəmirov Rəvan Bəybala oğlu və Ədilov Rafiq Bəhruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.