29 
okt
2023
11:50
270

Azərbaycanda AĞIR QƏZA: 3 nəfər həyatını itirdi

29 okt, 2023
11:50
270

Azərbaycanda AĞIR QƏZA: 3 nəfər həyatını itirdi

Kürdəmirdə ölümlə nəticələnən avtomobil qəzası baş verib.
 
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Den.az-a verilən məlumata görə, oktyabrın 28-də saat 22 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində, Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Əmrahov Fariz Valeh oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kərimov Sənan Vüqar oğlu oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub.
 
Hadisə nəticəsində "Mercedesin" sürücüsü F.Əmrahov və "VAZ-2106" markalı nəqliyyat vasitəsində olan sərnişinlər İsmayıl Hamlet Həbib oğlu və Cəbrayılov Zamiq Vaqif oğlu vəfat ediblər.
 
"VAZ-2106" sürücüsü S.Kərimov, eləcə də "Mercedes" markalı nəqliyyat vasitəsində olan sərnişin Əmrahov Ariz Fariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Faktla bağlı araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar