Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Den.az Report-a istinadən xəbər verir ki, hadisə Oğuz-Bayan avtomobil yolunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Ford" markalı yük avtomobili ilə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü, Oğuz şəhər sakini Vidadi Söhbət oğlu Qarayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.